“Rusiyada yaşayan azərbaycanlılar seçkilərdə aktiv iştirak edirlər”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı Səfirliyində prezident seçkiləri ilə əlaqədar təşkil olunan məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanov deyib. O, qeyd edib ki, səfirlik təxminən 1800 seçicinin seçkilərdə iştirak edəcəyini gözləyir.
“1500 seçicimiz var, əlavə olaraq siyahı üzrə 300 nəfər təqdim edilib. Saat 12:00-a olan məlumata görə, onlardan 600 nəfəri artıq səs verib. Seçicilərin 40 faizi səsvermədə iştirak edib. Bizim müşahidəçimiz də var. Seçicilər çox aktivdirlər. Heç əvvəlki seçkilərdə heç bu qədər aktivlik müşahidə olunmayıb”.