Modern.az

Hacı Məmmədov həbsxanada səs verib

Hacı Məmmədov həbsxanada səs verib

Təhsil

9 Oktyabr 2013, 14:22

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında keçirilən prezident seçkilərini müşahidə ediblər.   E. Behbudovun APA-ya verdiyi məlumata görə, istintaq təcridxanasında saxlanılan bütün təqsirləndirilən şəxslər seçkidə iştirak ediblər: “Hacı Məmmədov, Pərviz Həşimli və digər saxlanılan şəxslər seçkidə iştirak etdilər. Onlar müstəqil şəkildə səs verdilər. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında səsvermə artıq başa çatdı. Qutular möhürlənənə kimi biz orada olduq və prosesi izlədik. Hər hansı neqativ halla qarşılaşmadıq. Milli Təhlükəsizlik Nazirliyi seçki prosesinin şəffaf keçirilməsi üçün lazımi şərait yaratmışdı” . 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?