Modern.az

Məzahir Pənahov: “Seçici bülletenləri götürüb qaçıb”

Məzahir Pənahov: “Seçici bülletenləri götürüb qaçıb”

Təhsil

9 Oktyabr 2013, 14:33


“Azərbaycan vətəndaşları prezident seçkilərinə böyük önəm verir”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, ümumilikdə ölkə üzrə seçkilər aktiv şəkildə keçir.  

“Məntəqələrdə də seçki prosesi yüksək səviyyədə davam edir. Beynəlxalq müşahidəçilər də vəziyyəti yaxşı dəyərləndirirlər. Onların rəyinin bizim üçün böyük əhəmiyyəti var”-deyə MSK rəhbəri qeyd edib.

M. Pənahov onu da vurğulayıb ki, seçkilərlə bağlı ümumi rəy müsbətdir. MSK sədri əlavə edib ki, onlarda əvvəldən bəzi naratlıqlar da var idi.  

“Biz narahat idik ki, məntəqələrdə təxribat xarakterli hallar ola bilər. Cəbaryıl DSK-sından bizə bildiriblər ki, “Azadlıq” qəzetinin əməkdaşı seçicilərin səs vermə hüququna kobud müdaxilə edib. Ağdaşda isə bir nəfər özünü KİV nümayəndəsi kimi təqdim edib, amma məlum olub ki, sənədi saxtadır. Mənətəqəyə girib təxribatla məşğul olan şəxs heç mətbuat işçisi olmayıb. Cəlilabad rayonunda isə bir nəfər 10 bülleteni götürüb qaçıb. Zərdabdan isə Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi isə məntəqəyə girib çəkiliş qanunun tələblərini pozan çəkilişlər aparıb. Vətəndaş istəmirsə onu çəkmək olmaz. Onların məqsədi içəridə təxribat yaratmaqdır”-deyə M. Pənahov deyib.

MSK sədri bildirib ki, Zaqatalada da Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi komissiyanın üzvlərini çox pis şəkildə hədələyib. “Milli Şura tərəfindən dava salmaq meylləri mövcuddur. Müxalifət mövqeli olmaq təxribat yaratmağa əsas vermir. Bunlar hamısı adama qeyri-adi bir təsir bağışlayır. Məqsədləri odur ki, seçki mənzərəsi ilə bağlı xoş olamayan təəssürat yaratmaq istəyirlər. Seçkilərə kölgə salan hərəkətlərə yol vermək olmaz. Onlar sevinməlidir ki, ölkədə seçki üçün bütün şərait yaradılıb. Xoşagəlməz hallara isə adekvat, hüquqi baxımdan münasibət bildirilməlidir. Hansısa problem yaranarsa, onu araşdırıb qiymət veriləcək. “Gəncədə 2-ci Kəpəz seçki dairəsində səs vermək istəyən Abdullayev Natiq Məcid oğlunun şəxsiyyət vəsiqəsində atasının adı səhv göstərilib. Buna görə də o səs verə bilməyib, ancaq dava salmağa çalışıb. Gəncədə 2-ci Kəpəz seçki dairəsində səs vermək istəyən Abdullayev Natiq Məcid oğlunun şəxsiyyət vəsiqəsində atasının adı səhv göstərilib. Buna görə də o səs verə bilməyib, ancaq dava salmağa çalışıb”-deyə M. Pənahov bildirib. 

O deyib ki, proseslər qanuna müvafiq getməlidir.

“Müəyyən saytlarda, sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yerləşdirməklə hansaısa maraqlara xidmət edirlər. Özləri də bilirlər ki, əsli belə deyil. Bizə deyirlər ki, guya MSK-nın saytında əvvəlcədən seçki nəticələri ilə bağlı informasiya qoyulub. Araşdırdıq, məlum oldu ki, bu sadəcə olaraq sorğunun nəticələri olub. Bu cür provakativ informasiyalar vermək əxlaqsızlıqdır. Ətrafdakı insanlara hörmət etməyən ləyaqətsizdir. Bizə bəzi məlumat gəlib ki, bir seçici bir neçə bülleteni götürüb qaçıb. Əlbəttə ki, bu, bizə bir az təccüblü gəlir, çünki bu cür məsələlər yalnız təxribat xarakterli məsələlər olur".”

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?