Modern.az

“Bakılı deputatlar” seçki məntəqələrini dolaşır

“Bakılı deputatlar” seçki məntəqələrini dolaşır

Təhsil

9 Oktyabr 2013, 15:24


Ölkədə keçirilən prezident seçkilərdə seçicilər öz səslərini verməkdə davam edirlər. Saat 12.00-a olan məlumata görə, seçicilərin artıq 1 894 050 nəfəri səsvermədə iştirak edib.

Modern.az Bakı şəhərinin müxtəlif rayonlarında seçkilərin necə keçirildiyini deputatlardan öyrənib.

Deputat Adil Əliyev bildirib ki, o, Nərimanov rayonun sakini, müşahidəçi və bu rayondan seçilən millət vəkili kimi səhər saat 8:00-dan məntəqələri gəzir. “6 saylı seçki məntəqəsində yaxınlarımla birlikdə öz səsimi vermişəm. Müşahidəçilərin sayı həddindən artıq çoxdur. Çox gözəl seçki gedir. Müşahidəmə görə, Nərimanov rayonu Bakı şəhəri üzrə yüksək nəticə göstərən rayon olacaq. İnsanlar çox aktivləşib, seçkilərdə fəal iştirak edirlər. Bir-iki təxribatçı tərəfindən təxribat törədilməyə çalışılsa da, qarşısı alınıb. Ancaq bilmirəm bu hadisə sənədləşdirilib ya yox. Hesab edirəm ki, qanun pozuntusu yoxdur”.

Ülvi Quliyevin sözlərinə görə, o, Yasamal rayonunda 10 məntəqədə olub. “Yüksək seçici fəallığı müşahidə olunur. İnsanlar həvəslə seçkidə iştirak edir. Xarici müşahidəçilər də seçkini izləyir və hələlik qanun pozuntusu müşahidə etməmişəm”.

Asim Mollazadə isə təmsil olunduğu Nəsimi rayonundakı bütün məntəqələri dolaşır. “Artıq 8 məntəqədə olmuşam, sakitlikdir. Heç bir problem müşahidə edilməyib. Seçicilərin böyük fəallığı nümayiş olunur”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?