Modern.az

MSK-nın saat 15:00-a olan MƏLUMATI: “58.05 faiz seçici səs verib”

MSK-nın saat 15:00-a olan MƏLUMATI: “58.05 faiz seçici səs verib”

Təhsil

9 Oktyabr 2013, 15:35

Azərbaycanda keçirilən seçkilərin saat 15:00 üçün nəticələri açıqlanıb. Modern.az xəbər verir ki, MSK-nın açıqladığı rəsmi məlumatda 2 milyon 987213 nəfərin seçkidə iştirak etdiyi qeyd olunub. Bu haqda danışan "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib ki, seçicilərin 58.05%-i seçkidə iştirak edib.

O həmçinin bildirib ki, qaynar xəttə 102 zəng, facebook səhifələrinə isə 17 müraciət daxil olub. 

MSK rəsmisi ən aktiv və passiv seçki dairələrinin də adını açıqlayıb. Onun sözlə rinə görə, 14 saylı Xəzər seçki dairəsi 70.68%-lə yüksək aktivlik göstərir. "Ən passivi isə Yasamal 3-cü seçki dairəsidir. Burada seçicilərin cəmi 40.68%-i səs verib"-deyə R. Gülməmmədov deyib.

Aqşin Kərimov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?