Bütün ölkə gündəminin əsas mövzudu seçkilərdir. İndi sadə vətəndaşdan nazirə kimi hamı seçki prosesini maraqla izləyir. Artıq məntəqələrdən bəzilərində neqativ halların aşkarlanması ilə bağlı məlumatlat da yayılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da bir neçə məntəqədə seçki prosesə müdaxilələrin olduğunu bildirib. Modern.az seçkiləri müşahidəçi qismində izləyən millət vəkillərinin təəssüratlarını öyrənib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, səsvermədə iştirak edəndən sonra müşahidəçi vəsiqəsi ilə bir neçə məıntəqədə səsvermə prosesini izlədim.
“Saat ikinin yarısına qədər seçki prosesini izlədim. Nərimanov rayonunun 20 saylı seçki dairəsinin 5, 6, 7,8, 9, 18 və 23 saylı məntəqəsində, 23 saylı Nəsimi- Səbayel seçki dairəsinin 4 və 5 saylı və Yasamal rayonunun 16 saylı dairəsinin 13 nömrəli məntəqəsində oldum. Etiraf edim ki, seçkilər çox sakit atmosferdə, qanun pozuntuları olmadan keçir. Vətəndaşlr şəxsiyyət vəsiqəsi ilə seçki məntəqəsinin üzvlərinə yaxınlaşırlar. Səsvermədən öncə onların barmaqları yoxlanılaraq rəng vurulur. Rəng vurulduqdan sonra isə onlar şəxsiyyət vəsiqəsi ilə qediyyatdan keçib bülliteni götürüb səs verməyə gedirlər. Narahatçılıq doğuran məqamlar yox idi. Müşahidəçilər üçün yerlər ayrılmışdı”.
Namizədlərin və ayrı-ayrı partiyalardan olan müşahidəçilərin, eləcə də Milli Şuradan olan müşahidəçilərin seçkiləri izlədiyini deyən deputatın sözlərinə görə, Nərimanov rayonunun 20-ci seçki dairəsinin 6 saylı məntəqəsində ATƏT-in iki müşahidəçisi seçkiləri izləyir.
“Onlar da öz qeydlərini aparırdılar. Bizə çatan məlumatlara və müşahidələrimə görə, deyə bilərəm ki, ölkənin bütün dairələrində və məntəqələrində sakit və fəal seçki müşahidə olunur. Hətta mən məntəqələrdən birində Milli Şuranın müşahidəçiləridən birinin qeydiyyat apardığını gördüm. Ondan səsvermə ilə bağlı müdaxilələrin olub-olmadığını soruşdum. Milli Şuranı təmsil edən Müsavat Partiyasından olan həmin şəxs bildirdi ki, neqativ hal baş verməyib. Onu deyə bilərəm prezident seçkiləri şəffaf, demokratik keçir. Gözündə qara eynək olanlar eynəyi çıxarıb orada-burada gəzib dünən hazırladığı bəyanatı efirə buraxmaq əvəzinə məntəqələri gəzsinlər”.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli də seçkilərin demokratik keçirildiyini söylədi. Heç bir qanun pozuntusu ilə rastlaşmadığını deyən deputatın sözlərinə görə, səsvermə şəffaf aparılır.
“Mən də səs verdim. Seçkilər çox sakit şəraitdə gedir. Hamının səsverməsi üçün çox yaxşı şərait yaradılıb ”.
Gültəkin ƏLƏSGƏR