Modern.az

Lukaşenko yeddinci dəfə prezident olmaq İSTƏYİR

Lukaşenko yeddinci dəfə prezident olmaq İSTƏYİR

25 Fevral 2024, 12:38

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, dövlət başçısından Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı sitat gətirir.

 

“Onlara deyin ki, qatılacağam”, – Lukaşenko növbəti ildə keçiriləcəyi gözlənilən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

 

O iddia edib ki, “dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur”: “Bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük! Bizə sakit həyat lazımdır və bunun naminə hər şeyi edəcəyik!”.

 

Qeyd edək ki, Belarusda sonuncu prezidenti seçkiləri 2020-ci ildə keçirilib. Aleksandr Lukaşenko altı müddətdir ki, Şərqi Avropa ölkəsinin dövlət başçısıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə