Modern.az

2013-cü ilin “bahalı seçkisi” - İndiyədək büdcədən ən çox məbləğ builki seçkiyə ayrılıb

2013-cü ilin “bahalı seçkisi” - İndiyədək büdcədən ən çox məbləğ builki seçkiyə ayrılıb

Təhsil

9 Oktyabr 2013, 16:22


Bu gün Azərbaycanda keçirilən prezident seçkilərinin təşkili üçün nə qədər vəsait ayrılması xüsusi maraq doğurur. Modern.az saytı bunu araşdırmağa çalışıb.

Məlum olub ki, ötən il Milli Məclisdə qəbul edilmiş dövlət büdcəsindən builki prezident seçkisinə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılıb.
Bu xərclər müxtəlif istiqamətlər üzrə ( o cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əməkhaqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün) ayrılıb.

2013-cü ilin prezident seçkisi müstəqil Azərbaycanın tarixində “ən bahalı seçkidir”. Qeyd edək ki, 2008-ci ildə büdcədən prezident seçkilərinə ayrılan məbləğ ümumilikdə 21,7 milyon manat olub.


Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?