Modern.az

Parlamentin sədrinə bomba atdılar

Parlamentin sədrinə bomba atdılar

27 Aprel 2010, 16:35

Ukrayna parlamentində-Ali Radada aləm bir-birinə qarışıb. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya donanmasının Ukrayna ərazisində qalma vaxtının 25 il uzadılmasına qarşı çıxan müxalifət deputatları parlament sədrinə sis bombası və yumurta atıb.

 

Rus donanmasının Ukraynada qalma vaxtının uzadılmasına qarşılıq Ukrayna Rusiyadan yüzdə 30 faiz aşağı təbii qaz almaq güzəşti qazanacaq.

Müxalifət deputatlarının Ali Rada rəhbərinə sis bimbası ilə yumurta atması aranı qarşıdırıb. Parlament bir anda bombaların təsiri ilə dumana bürünüb. Parlament qarşısında isə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir