“Seçkilər həm müşahidəçilər, həm də seçicilər tərəfindən yüksək qiymətləndirilir”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib.
O bildirib ki, bir neçə məntəqədə olub və beynəlxalq müşahidəçilərin fikrini öyrənib. “Bir neçə ölkənin nümayəndələri, o cümlədən beynəlxalq müşahidəçilər ölkədə seçkilərin şəffaf və demokratik keçirildiyini deyirlər”.
Ombudsmanın sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkiləri kifayət qədər şəffaf keçirilir.
Aqşin Kərimov