“Bu gün axşam saat 17.00-a olan məlumata görə, prezident seçkilərində Quba əhalisinin 70%-i iştirak edib”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
V. Əhmədovun sözlərinə görə, seçkilər normal şəraitdə keçirilir. “Seçkilər zamanı heç bir insident baş verməyib. Seçki məntəqəsinə gələn seçicilər arasında ruh yüksəkliyi müşahidə olunur. Gün ərzində seçici aktivliyinin şahidi oldum. Qanun pozuntusuna rast gəlinməyib. Seçicilər seçkilərdə çox aktiv iştirak edir”.Qeyd edək ki, hazırda millət vəkili Qubadadır.
Modern.az