Modern.az

Hansı baş redaktorlar səsverməyə getdilər?

Hansı baş redaktorlar səsverməyə getdilər?

Təhsil

9 Oktyabr 2013, 17:48


Ölkədə keçirilən prezident seçkilərdə seçicilər öz səslərini verməkdə davam edirlər. Müxtəlif məntəqələrdə olan jurnalistlər isə bu prosesi izləyir. Bəs baş redaktorlar necə, onlar öz səsvermə hüquqlarından istifadə ediblər?

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Modern.az-a açıqlamasında deyib ki, prezident seçkilərində öz səsvermə hüququndan istifadə edib. O, 36 saylı Xətai rayon seçki dairəsinin 10 saylı məntəqəsində səs verib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da səsvermədə iştirak edib. O, qeydiyyatda olduğu Nəsimi rayonunda səsvermə hüququndan istifadə edib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə düz səhər saat 8:00-da öz səsvermə hüququndan istifadə edib. Bu günün ilk seçicilərindən olan baş redaktor Nəsimidəki 2 saylı seçki dairəsinin 2 saylı məntəqəsində səs verib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da səsvermədə iştirak edib. O, Yasamalda 24 saylı məntəqədə səs verib.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə N.Tusi adına Pedaqoji Universitetdəki məntəqəyə gedərək, səs verib. 

Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?