Modern.az

YAP-dan müxalifətə cavab: “Milli Şuranın bəyanatı özünü sığortalama cəhdidir”

YAP-dan müxalifətə cavab: “Milli Şuranın bəyanatı özünü sığortalama cəhdidir”

Təhsil

9 Oktyabr 2013, 18:50


Yeni Azərbaycan Partiyası Milli Şuranın yaydığı bəyanata münasibət bildirib. Hakim partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Modern.az-a bildirib ki, seçkilərin gedişində baş vermiş bu və ya digər qanun pozuntusu varsa, bunun böyük əksəriyyətinin səbəbkarı və törədilməsinin iştirakçısı Milli Şura üzvləri olub. Millət vəkilinin sözlərinə görə, bununla bağlı kifayət qədər materiallar, faktlar var və onlar ictimaiyyətə açıqlanacaq.  

“Azərbaycanda seçkinin taleyini həll edən Azərbaycan xalqıdır. Seçkilərin nəticələri ilə bağlı yekun qərarları verən qurumlar var. Bu Mərkəzi Seçki Komissiyası və Azərbaycan Konstitusiya Məhkəməsidir. Ona görə də seçkidə iştirak edən bu və ya digər namizədin, siyasi partiya nümayəndələrinin seçkilərin nəticələri ilə əlaqədar söylədiyi fikir əsas deyil. Milli Şura deyilən qurumu bu seçkilərdə əvvəlcədən söylədiyi tezislər elə beşiyindəcə heç bir əsas söykənməyən mənasız ifadəyə çevrilib. Bunların dediyinin heç bir əsası yoxdur. Seçkilər demokratik, şəffaf və azad keçirilir. Seçkilərdə Azərbaycan vətəndaşının seçiminin öz siyasi iradəsini ifadə etməsi mühiti yaradılıb. Seçkilərin gedişini minlərlə  xarici və yerli müşahidəçilər izləyir, “exit-poll” fəaliyyət göstərir, mətbuat seçkilərin gedişini azad şəkildə izləyə bilir. Yalnız ölkə mətbuatı yox, eyni zamanda xarici ölkə mətbuatı da seçkiləri izləyir. ATƏT, Avropa Şurası, siyasi partiyaların, müxtəlif beynəlxalq qurumlarının nümayəndələri, QHT-lər izləyir”.

Sseçkilərin gedişi ilə bağlı baş vermiş bu və ya digər pozuntuların səsvermənin ümumi nəticəsinə heç bir təsiri olmayan hadisələr hesab edən M.Qurbanlının sözlərinə görə, Milli Şuranın yaydığı bəyanat seçkilərdə məğlubiyyətini sığortalayan, öz tərəfdarları qarşısında bəraət qazanmaq cəhdindən başqa bir şey deyil.

“Odur ki, biz belə bəyanatları qəbul etmir və kökündən yanlış hesab edirik. Seçkilərdən sonra onun nəticələrinə qanunazidd hərəkətlərlə təsir göstərmək istəsələr, onlar yalnız qanunla üz-üzə qalacaqlar”, – deyə Mübariz Qurbanlı bildirib.

Xatırladaq ki, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb və bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları olduğunu bəyan edib.  Bəyanatda Milli Şura səsvermənin nəticələrini tanımayacağını vurğulayıb.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?