Modern.az

Prezident seçkisinin səsverməsi bitdi - 72%-dən şox seçici səsverməyə gəlib - YENİLƏNİB

Prezident seçkisinin səsverməsi bitdi - 72%-dən şox seçici səsverməyə gəlib - YENİLƏNİB

Təhsil

9 Oktyabr 2013, 19:05


Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb. Bakı vaxtı ilə saat 19:00-da vətəndaşların səsvermə prosesi yekunlaşıb.

Səhər saat 8.00-dan başlayan səsvermə saat 19.00-a kimi davam edib. Bu seçkidə 5 milyon 145 minə yaxın seçicinin 5 min 492 məntəqədə səs verəcəyi gözlənilir.

MSK-nın məlumatına görə, seçkini 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyib. Onların 100-ə qədəri xarici ölkələrin KİV nümayəndələridir. Eyni zamanda, seçki prosesini 52 minə yaxın yerli müşahidəçi izləyib ki, onların da 6 mindən çoxu MSK-da, qalan 42 mini dairə seçki komissiyalarında akkreditasiyadan keçib. 

Yyerli vaxtla saat 17:00-a olan məlumatlara əsasən, seçkilərdə 3 439 629 seçici səs verib. Bu da seçicilərin təxminən 70 faizə yaxını deməkdir.  Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.

1. Ağazadə İqbal
2. Əliyev İlham
3. Əlizadə Araz
4. Hacıyev Hafiz
5. Həsənquliyev Qüdrət
6. Həsənli Cəmil
7.İsmayılov İlyas
8. Quliyev Fərəc
9. Məmmədov Sərdar
10. Oruc Zahid.

***

MSK-nın məlumatına görə, Bakı vaxtı ilə saat 19:00-a Azərbaycan Prezidenti seçkilərində 3 720 643 seçici səs verib. Bu da ümumi seçicilərin 72,31 faizidir.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?