Modern.az

“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev - 83,89%, Cəmil Həsənli - 8,20%

“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev - 83,89%, Cəmil Həsənli - 8,20%

Təhsil

9 Oktyabr 2013, 19:36


QHT Əməkdaşlıq Alyansının həmsədrləri  Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli, “Proqnoz”  Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin icraçı direktoru Məmmədəli Kazımov və beynəlxalq ekspert Vilmores İctimai Fikir və Bazar Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə doktoru, professor Vladas Qaidys 9 oktyabr 2013-cü il Prezident seçkisində aparılan “exit-pol”un nəticələri ilə bağlı mətbaut üçün brifinq keçirib.

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov bildirib ki, QHT Əməkdaşlıq Alyansının sifarişi ilə “Proqnoz”  Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi tərəfindən 125 seçki dairəsi üzrə 939 məntəqədə “exit-poll” keçirilib. Nəticələr yerli və beynəlxalq ekspertlər tərəfindən təhlil olunub.  Artıq nəticələr əlimizdədir və aşağıdakı kimidir:

1. Ağazadə İqbal Fehruz oğlu - 1.88 %

2. Əliyev İlham Heydər oğlu - 83.89 %

3. Əlizadə Araz Məmməd Mübariz oğlu - 0.71 %

4. Hacıyev Hafiz Ələmdar oğlu - 0.79 %

5. Həsənquliyev Qüdrət Müzəffər oğlu - 1.30%

6. Həsənli  Cəmil Poladxan oğlu - 8.20 %

7. İsmayılov  İlyas Abbas oğlu - 0.95 %

8. Quliyev Fərəc İbrahim oğlu - 0.63 %

9. Məmmədov Sərdar  Calal oğlu - 0.67 %

10. Oruc Zahid Məhərrəm oğlu - 0.98 %

QHT Əməkdaşlıq Alyansının sifarişi ilə “exit-poll”u həyata keçirən “Proqnoz”  Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin icraçı direktoru Məmmədəli Kazımov “exit-pol”un təşkili və metodologiyası haqqında məlumat verib. O, bildirib ki, “exit-poll” beynəlxalq standartlara uyğun təşkil olunub. Bunun üçün yerli və xarici trenerlər, ekspertlər dəvət olunub və onların iştirakı ilə prosesə cəlb olunan intervüyerlərimizə təlim keçirilib. Təlimlər yüksək səviyyədə təşkil olunub.

Beynəlxalq ekspert,  Vilmores İctimai Fikir və Bazar Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə doktoru, professor Vladas Qaidys bildirib ki, nəticələrin beynəlxalq standartlara uyğun emal olunub. Ona görə də birmənalı şəkildə demək olar ki, “exit-poll”un nəticələri şəffafdır və beynəlxalq standartlara tam uyğun gəlir. Natiq habelə bildirib ki, seçki mühiti, “exit-pol”un aparılmasına yaradılan şərait də nümunəvi olub. Bu “exit-pol”un təşkilini, keçirilməsini və nəticələrin emal olunmasını dünyanın ən aparıcı dövlətlərində aparılan “exit-poll”la müqayisə etmək mümkündür.    

QHT Əməkdaşlıq Alyansının həmsədri Rəfail Becanov isə bildirib ki, “exit-poll”a 125 seçki dairəsi üzrə 939 məntəqədə təşkil olunan “exit-pol”a 500 nəfər intervüyer cəlb edilib.

QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli namizədlərin ayrı-ayrı dairələr üzrə topladığı səs faizləri haqqında məlumat verib. O, bildirib ki, bütün dairələr üzrə də nəticələr tədqiq olunub və İlham Əliyev hər bir dairədə bütün rəqiblərinə yüksək səslə qalib gəlib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?