Modern.az

Cəmil Həsənli mətbuat konfransına, Əli Kərimli dinc mübarizəyə ÇAĞIRDI

Cəmil Həsənli mətbuat konfransına, Əli Kərimli dinc mübarizəyə ÇAĞIRDI

Təhsil

9 Oktyabr 2013, 20:48


“Səslərimiz uğrunda dinc mübarizəyə başlayacağıq. Bugünkü kütləvi seçki saxtakarlığından sonra hələ də tərəddüdü olan vicdanlı və vətənpərvər insanlar ölkənin xilası uğrunda mübarizəyə qoşulmalıdırlar”.

Modern.az bildirir ki, bu barədə AXCP sədri Əli Kərimli seçkilərlə bağlı münasibətini bildirərkən qeyd edib.

“İndi hökumətin istədiyi budur ki, biz ruhdan düşək, gələcəyə ümidimizi itirək, daxilimizdə günahkar axtarmağa başlayaq, xalqımızdan küsək, “biz düzələn deyilik” qənaətinə gələk”-deyə Ə.Kərimli vurğulayıb.

AXCP sədri həm təşviqat kampaniyası dövründə, həm də bu gün - seçki günündə Cəmil Həsənliyə dəstək olmuş vətəndaşlara təşəkkür edib.

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli isə prezident seçkilərinin gedişi və ilkin nəticələri ilə bağlı yerli və beynəlxalq jurnalistlər üçün mətbuat konfransı çağırıb.
Oktyabrın 10-da 11 00- da Musavat partiyasının qərargahında keçiriləcək mətbuat konfransında Cəmil Həsənlinin Seçki Qərargahının ilkin hesabatı təqdim olunacaq.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?