"Bu gün Azərbaycan xalqı qələbə qazandı". Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə YAP-ın mənzil qərargahı qarşısında keçirilən konsert proqramında çıxışı zamanı partiyanın sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan xalqı gələcəyinə səs verərək İlham Əliyev qalib etdi: "Bununla da Azərbaycan xalqı növbəti inkişaf yolunu seçdi.
Bu gün əlamətdar gündür. Seçkilər artıq baş tutub. Azərbaycan xalqı öz iradəsini bildirib. "Exit-poll"un nəticələrinə görə, İlham Əliyev böyük üstünlüklə qabaqdadır".
Ə.Əhmədov bildirib ki, İlham Əliyevin növbəti 5 ildə də prezident seçildiyini söyləyə bilərik:
"Seçicilərin fəal olması İlham Əliyevə böyük rəqbətin nəticəsidir".
Hazırda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə konsert davam edir.
Modern.az