Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb.
Modern.az-ın məlumatına görə, rəsmi məlumatlara , 3 720 643 seçici səs verib. Bu da ümumi seçicilərin 72,31 faizidir. Ən aktiv seçki dairəsi 83.00%- səslə 1 saylı Şərur-Sədərək seçki dairəsi olub.
Paytaxt üzrə ən yüksək fəallıq isə 80,02 faizlə 10 saylı Binəqədi II Seçki Dairəsində müşahidə olunub.
Modern.az