Modern.az

İranın keçmiş səfirindən İTTİHAM: “Tehran yatıb, hələ də İlham Əliyevi təbrik etməyiblər”

İranın keçmiş səfirindən İTTİHAM: “Tehran yatıb, hələ də İlham Əliyevi təbrik etməyiblər”

Təhsil

10 Oktyabr 2013, 10:21

İran İslam Respublikasının Bakıdakı keçmiş səfiri Əfşar Süleymani ölkəsinin Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə susqunluq göstərməsini tənqid edib.

Modern.az saytının məlumatına görə, Əfşar Süleymani İran rəhbərliyini İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etməkdə keçikdiyini vurğulayıb. O, bu məsələdə Ankaranın irəli düşdüyünü qeyd edib:

”Tehran yatıb, Ankara oyaqdır. Türk diplomatiyası dəqiqliyini göstərdi. Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Azərbaycan Respublikasının yenidən prezidenti seçilməsi münasibətilə birinci olaraq təbrik etdilər.

Amma İranın Xarici İslər Nazirliyi və Prezident Administrasiyasının məsul şəxsləri və səfirliyi yuxudadırlar. İnsallah oyanarlar, təbrik edərlər. Çankaya uddu”.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?