Modern.az

İmişlidə ailə faciəsi: bacı və qardaş yanaraq öldü

İmişlidə ailə faciəsi: bacı və qardaş yanaraq öldü

Təhsil

10 Oktyabr 2013, 11:17

Azərbaycanda dəhşətli faciə baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan 1 mərtəbəli 7 otaqlı evin 3 otağının (tavanı qamışdan olan) yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanmış otaqların birində ev sahibinin övladları 1999-cu il təvəllüdlü Şəmmədova Aytac Mehman qızının və 2003-cü il təvəllüdlü Şəmmədov İsmayıl Mehman oğlunun meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?