Modern.az

Hafiz Hacıyev: “Arzuma çatmışam”

Hafiz Hacıyev: “Arzuma çatmışam”

Təhsil

10 Oktyabr 2013, 11:23


“Seçkilərdə İlham Əliyevlə Hafiz Hacıyev arasında mübarizə gedirdi”. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev seçkilərlə bağlı öz təəssüratlarını Modern.az-la bölüşərkən belə deyib.
“Seçkilərdə mən öz arzuma çatmış və mənəvi qələbə çalmışam. Əsas odur ki, bizim platformamız qalib gəldi və İlham Əliyev prezident seçildi. Mən düşünürəm ki, qələbə çalmışam. Milli Şuradakı 30 partiyanın yığdığı səsə baxın, Hafiz Hacıyevin tək yığdığı səslərə baxın. Ona görə də arzuma çatmışam. Ölkə prezidentini də təbrik edirəm. Düşünürəm ki, opponentlərimiz nəticələri təmkinlə qarşılamalı və İlham Əliyevi təbrik etməlidir”.

Partiya sədri MSK-nı məhkəməyə vermək fikrində olmadığını bildirib. “Seçkidə topladığım rəqəm məni maraqlandırmır. Məni maraqlandıran Azərbaycan xalqının qələbəsidir. Mənim MSK-nı məhkəməyə vermək fikrim yoxdur. Biz qalib gəlmişik”.

Xatırladaq ki, dünən ilk açıqlamasında Hafiz Haceyev MSK-nın açıqladığı rəqəmlərlə razılaşmadığını və əslində guya, ikinci olduğunu iddia etmişdi.

 

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?