Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın 12 oktyabr tarixinə təyin etdiyi mitinq müraciətində cavab vermir. Bunu Modern.az-a açıqlamasında Milli Şura üzvü Gülağa Aslanlı deyib.
Onun sözlərinə görə, BŞİH müraciətə dünən cavab verməli olsa da, hələ də meriyadan səs çıxmır.İndiyədək heç kim bizə cavab verməyib. Halbuki, dünən cavab verməli idilər”.
İcazəsiz aksiyalara gəlincə isə G.Aslanlı qeyd edib ki, Milli Şura bu barədə toplanaraq qərar verəcək.
Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda, İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovu yerində tapa bilmədik. Şöbədən isə bu haqda ümumiyyətlə məlumatsız olduqları bildirdilər.
Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüs qrupu oktyabrın 12-də saat 16-dan 18-dək mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərib. Müraciətdə mitinqin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (“Məhsul” stadionu, İnşaatçılar metrostansiyasının yaxınlığında) keçiriləcəyi göstərilib.
Anar RÜSTƏMOV