Modern.az

Prezidentliyə namizədlərin topladıqları səs faizləri dəyişdi - SİYAHI

Prezidentliyə namizədlərin topladıqları səs faizləri dəyişdi - SİYAHI

Təhsil

10 Oktyabr 2013, 11:51

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlər üçün mətbuat konfransı keçirib. MSK rəhbəri oktyabrda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı rəsmi məlumatları açıqlayıb. O bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi, bəzi məntəqələrdən protokol MSK-ya təqdim bizə olunmadığına görə bu barədə rəsmi açıqlama vermək çətindir. “Bu cür hallar köçkün məntəqlərinə aiddir. Amma ümumi olaraq nəticələri bilirik. 26 köçkün məntəqəsindən hələ ki MSK-ya rəsmi protokol daxil olmayıb”-deyən MSK sədri yerdə qalan 5466 məntəqənin rəsmi nəticələrini açıqlayıb.

İlham Əliyev - 84,59 faiz (3 118 287 səs)
Cəmil Həsənli - 5,54% (204 108 səs)
İqbal Ağazadə - 2,38% (87 8447 səs)
Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs)
Zahid Oruc - 1,45% (53 352 səs)
İlyas İsmayılov - 1,07% (39 319 səs)
Araz Əlizadə - 0,86% (31 753 səs)
Fərəc Quliyev - 0,86% (31 570 səs)
Hafiz Hacıyev - 0,66% (24 254 səs)
Sərdar Məmmədov - 0,61% (22 568 səs)

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?