Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev seçkilərdə səs verdiyi namizəddən danışıb. Modern.az-a açıqlamasında A.Əliyev seçiminin ən güclü namizədin, prezident İlham Əliyevin tərəfində olduğunu deyib.
“Mən də dünən səsverməyə qatıldım. Öz səsimi verdim. Amma səsverməyə gələndə şəxsiyyət vəsiqəm yaddan çıxmışdı. Təzədən gedib evdən götürüb gəlmişəm ki, səs verim. Səs verdim. Kimə səs verdiyimi demək sirr olsa da, mən bundan qabaq da demişəm ki, yaxşı prezidentimiz var. Bundan sonra da hər şey daha da yaxşı olacaq. Prezidentin gördüyü işləri də alqışlayıram”-deyə Elçibəyin qardaşı vurğulayıb. Bununla da o, İlham Əliyevə səs verdiyini dolayısı yolla təsdiqləyib.
Anar RÜSTƏMOV