Modern.az

Sərdar Cəlaloğlu: “İlham Əliyevin qalib gələcəyinə əvvəlcədən şübhəm yox idi”

Sərdar Cəlaloğlu: “İlham Əliyevin qalib gələcəyinə əvvəlcədən şübhəm yox idi”

Təhsil

10 Oktyabr 2013, 12:18


Azərbaycan Demokrat Partiyasından prezidentliyə namizəd Sərdar Cəlaloğlu Modern.az-a seçkilərin nəticələri ilə bağlı öz münasibətini bildirib.“Seçkilərin nəticələri konyukturaya uğrayıb. İlham Əliyevin seçkilərdə udmasına əvvəlcədən də şübhəm yox idi. Seçkidən öncə də demişdim ki, istər maliyyə resursları, istərsə də inzibati resurslar baxımından İlham Əliyev üstün idi. Nəzərə alsaq ki, müxalifət də yanlış taktika seçdiyindən İlham Əliyevin qalib gəlməsi gözlənilən idi. Nəticələr iqtidarın namizədlərə münasibətini əks elətdirir. Bu faktiki nəticələr deyil”. 

ADP sədri bildirib ki, onların əlində ayrı-ayrı dairələrdən aldıqları məlumatlar və protokollar var. “36 məntəqədən ibarət Naxçıvan dairəsi üzrə 3-cü yerdəyəm. Başqa dairələrdən də məlumatlarım var. Lakin MSK tamamilə başqa nəticələr elan edib. Onlara bu cür sərf eləyir”.

S.Cəlaloğlu TV-lərdə keçirilən rəy sorğusuna da etiraz edib: “Seçkidən bir neçə gün öncə ANSPRESS-in keçirdiyi rəy sorğusunun obyektivliyini yoxlamaq üçün 30 kompüteri yan-yana qoyduq və eyni vaxtda ora səs göndərdik. Yoxlayanda səslərim artmaq əvəzinə azaldı. Onda gördük ki, sorğuya nəzarət olunur. MSK-nın nəticələri bu saxta sorğu ilə faizinə qədər eynidir. Bu onu göstərir ki, iki həftə öncə seçkilərin nəticələri məlum idi”.


Vüqar İsmayılov      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?