Millət vəkili Məlahət İbrahimqızı dünən ölkəmizdə keçirilən prezident seçkiləri və qələbə ilə bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüb.
“Nəsimi rayonu ərazisində, eləcədə ölkəmizin hər yerində yüksək səviyyəli seçki prosesi keçirildi. Çox demokratik və şəffaf formada keçirilən prezident seçkiləri hər bir seçiciyə öz namizədini azad şəkildə dəstəkləmək imkanı verdi. Heç bir müdaxilə olmadan kim hansı namizədə səs vermək istəyirsə, onu da dəstəklədi. Bununla da bütün dünya ictimaiyyətinə sübut etdik ki, ölkəmiz çox demokratik və yüksək mədəniyyətli bir xalqa malikdir. Xalq dövlətimizi mütərəqqi inkişafa, rifaha xidmət edən, özünü təsdiq etmiş bir liderə səs verdi. Müxalifət isə Rüstəm İbrahimbəyovun “ssenarisini” axıra qədər oynadı. Sonluq isə hər halda iflas pərdəsi ilə də qapandı. Milyonlarla insanlar müxalifətə “yox” dedi. Azərbaycan 1991-1993-cü illərdə müxalifətin rəhbərliyi dövründə yaşadığı acını bir daha yaşamaq istəmədi. Ona görə də heç zaman birdə o günlərə qayıtmaq istəməyən gənclərimiz ölkəmizi bütün dünya ölkələri arasında tanıtdıran liderə cənab İlham Əliyəvə səsini verdi. “İlhamla irəli, qətiyyətlə irəli” şüarları ilə çıxış edib qələbəmiz bütün dünyaya çatdırdılar”.
Pərvin Arzuqızı