Modern.az

Əli Kərimlinin keçmiş müavini: “Görərsiz, hər şeyi danışacam”

Əli Kərimlinin keçmiş müavini: “Görərsiz, hər şeyi danışacam”

10 Oktyabr 2013, 12:55

Milli Şuradan və AXCP-dən istefa verən Asəf Quliyev seçkilərlə bağlı danışmaqdan imtina edib. Modern.az-a açıqlama verən keçmiş cəbhəçi iki gündən sonra gözlənilməz istefasının əsl səbəbini, müxalifətin məğlubiyyəti ilə bağlı fikirlərini açıqlayacağını deyib.

“Hələ mətbuata danışmaq istəmirəm. Amma yaxın iki gün ərzində hər şeyi açıqlayacam. İndi isə heç nə deyə bilmərəm. Özüm mətbuatın qarşısına çıxıb danışacam”.

Qeyd edək ki, AXCP-nin keçmiş sədr müavini Asəf Quliyev partiyadan və Milli Şuradan istefa verməsinin gerçək səbəblərini seçkidən sonra açıqlayacağını bildirib.

Anar RÜSTƏMOV

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat