Modern.az

Ermənilər əsgərimizi yaralayıblar

Ermənilər əsgərimizi yaralayıblar

Təhsil

10 Oktyabr 2013, 13:10
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən cəbhənin Füzuli istiqamətində qeydə alınıb.
 
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Tərlan Nizami oğlu Cırıyev bədəninin müxtəlif yerlərindən güllə zərbəsi alıb.
 
 Nəticədə güllə yarası alan əsgərimiz hərbi hospitala yerləşdirilib.
 
 Qeyd edək ki, Tərlan Nizami oğlu Cırıyev İsmayıllı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
 
Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat