Modern.az

AŞPA və Avropa Parlamenti seçkilərlə bağlı bəyanat verdi

AŞPA və Avropa Parlamenti seçkilərlə bağlı bəyanat verdi

10 Oktyabr 2013, 13:21


Bu gün Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti Azərbaycandakı prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, AŞPA-nın nümayəndə heyətinin rəhbəri Robert Volter bildirib ki, Azərbaycanda keçirilən prezident seçkisində müşahidə aparıblar.

“AŞPA Azərbaycanda olan hadisələri mütəmadi olaraq izləyir”-deyə R. Volter qeyd edib. Daha sonra hər iki qurumun seçki ilə bağlı bəyanatı yayılıb. Bəyanatda deyilir:

“Azərbaycanda seçkilərin dinc şəraitdə keçməsi münasibətilə xalqı təbrik edirik. Bizim gəlişimizin məqsədi demokratiya keçid prosesinin şahidi olmaqdır. Seçkilər azad, şəffaf, ədalətli keçib. Seçki günündən öncə və əvvəl siyasi mühitdəki proseslər dinc və peşəkar qaydada təşkil olunub. Azərbaycan hökumətinin yaratdığı hər bir şəraiti dəyərləndiririk. Biz seçkilərdə müdaxilə hallarına rast gəlməmişik. Ancaq hesab edrik ki, seçki ilə bağlı bəzi məsələlər də təkmiləşdirilməlidir. Azərbaycan dövləti beynəlxalq qurumların tövsiyyə və təkliflərini qiymətləndirməlidir. Müxalifətə bu seçkilər zamanı müəyyən imkanlar verildi. Gələcəkdə bu daha da inkişaf etməlidir. Bu, bir başlanğıcdır. Azərbaycan hökumətini sövq edirik ki, demokratiyanın inkişafı istiqamətində səylərinin əsirgəməsin”.

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat