Modern.az

Azay Quliyevdən prezidentə qələbə təbriki

Azay Quliyevdən prezidentə qələbə təbriki

Təhsil

10 Oktyabr 2013, 12:26


Millət vəkili Azay Quliyev Kanal Avropaya 9 oktyabr prezident seçkilərnini nəticəsi ilə bağlı geniş açıqlama verib. O, prezident seçkilərinin ilkin mərhələdən sonadək təmami ilə qanunauyğun və namizədlərin bərabərhüququluğu şəraitində keçirildiyini və vətəndaşların seçki günü böyük fəallıq nümayiş etdirdiyini bildirib:

"Bu seçkini ATƏT PA, ATƏT İnsan Hüquqları və Demokratik İnistitutlar Bürosu, Avropa Parlamenti, Asiya Siyasi Partiyalar İttifaqı və digər müşahidə missiyaları, bütövlükdə 1400-ədək beynəlxalq müşahidəçi izləyib. Eyni zamanda Azərbaycanda bütün spektri əhatə edən vətəndaş cəmiyyəti qurumları da 9 oktyabr seçkilərində böyük fəallıq nümayiş etdiriblər. Ümumilikdə bu seçkiləri 52 mindən artıq yerli müşahidəçi izləyib. Demək olar ki, seçkiləri müşahidə edən bütün tərəflər prezident seçkilərinin təmami ilə şaffaf, ədalətli və rəqabətlilik şəraitində keçirildiyini etiraf edib. Mən bu münasibətlə cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm”.

  

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?