Modern.az

AŞPA rəsmisi Cəmil Həsənliyə irad tutdu

AŞPA rəsmisi Cəmil Həsənliyə irad tutdu

10 Oktyabr 2013, 13:51

“İnternet azad olduğu halda niyə görə müxalifət bundan yararlanmır?”. Modern.az-ın məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında Avropa Parlamenti Seçki Müşahidə Missiyasının rəhbəri Bino Allaki deyib.

O bildirib ki, televiziyada təbliğatla bağlı məhdudiyyyətlər olsa da, ümumi mənzərəni müsbət qiymətləndirmək olar.

“Müxalifət bundan sonra da sosial şəbəkələrdən, internetden daha yaxşı yararlanmalıdır”-deyə B. Allaki bildirib. O həmçinin vurğulayıb ki, seçkilər azad, şəffaf, ədalətli şəraitdə keçirilib.

AŞPA müşahidə missiyasının rəhbəri Robert Volter qeyd edib ki, Azərbaycdanda məcburi köçkünlərə seçki üçün lazımı şərait yaradılıb. O bildirib ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin AŞPA-nın seçki qərarına etirazı əsassızdır.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat