Modern.az

İki erməni casus barədə hökm qüvvəsində saxlanıldı

İki erməni casus barədə hökm qüvvəsində saxlanıldı

10 Oktyabr 2013, 14:21

Separatçı “Dağliq Qarabağ Respublikası”nın qondarma “Apelyasiya məhkəməsi” casusluqda ittiham olunan tələbələr David Barseqyan və Rafael Avaqyan barəsində çıxarılan qərarı qüvvədə saxlayıb. Modern.az-ın məlumatına görə, bu ilin yayında “vətənə” xəyanətdə ittiham olunan Rafael Avaqyan 10, David Barseqyan isə 11 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq materiallarına əsasən, guya, onlar özünü Samvel Azatyan kimi təqdim edən İstanbul sakini ilə internet vasitəsi ilə əlaqəyə girərək pul qarşılığında ona Qarabağda yerləşən hərbi obyektlərin şəkillərini və müxtəlif məlumatlar göndəriblər. Məhkumların vəkilləri isə istintaqın Samvel Azatyanın kimliyini müəyyən etmədiyini və məhkəmə prosesinin pozuntularla müşahidə olunduğu bildiriblər.  

Vüqar İsmayılov   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat