Modern.az saytının xəbərinə görə, Ümid Partiyasının sədr müavini Aynur İmranova partiya sıralarından istefa verib.
Bununla bağlı A.İmranova deyib: “Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün “Ümid”çilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram”.
Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə bu gün ölkə KİV-lərinə müsahibəsində dünən keçirilmiş prezident seçkisinin nəticələrini tanıdığını və 3-cü dəfə ölkə başçısı seçilmiş İlham Əliyevə uğurlar arzuladığını qeyd edib. Məlumatlara görə, seçkilərin nəticələrinə etiraz edən Aynur İmranova İqbal Ağazadənin bu addımı ilə razılaşmadığına görə, Ümid Partiyasından istefa verib.
Modern.az