Modern.az

Saakaşvili və Nazarbayevdən İlham Əliyevə təbrik

Saakaşvili və Nazarbayevdən İlham Əliyevə təbrik

10 Oktyabr 2013, 14:58


Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Modern.az xəbər verir ki, Mixeil Saakaşvili Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibəti ilə dövlət başçısını təbrik edib, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona Ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib.

***

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Qazaxıstan Prezidenti dövlət başçısını prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik edib, ölkəmizin gələcək inkişafı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.
Dövləti başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat