Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Veteranların təbrikində deyilir:
Möhtərəm İlham Heydər oğlu!
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi adından Sizi inamlı və şəksiz qələbəniz münasibətiylə təbrik edirik. Allahdan Sizə can sağlığı və uzun ömür arzulayırıq. Biz müharibə veteranları Sizinlə fəxr edirik. Sizə hər zaman inanır və bundan sonra da inanacağıq. İnanırıq ki. Apardığınız uğurlu siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olacaq. Bizlər də Ali Baş Komandan kimi Sizin döyüş əmrinizi gözləyirik.
Hörmətlə, 64 min müharibə veteran adından:
Füzüli Rzaquliyev.