
Modern.az xəbər verir ki, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar Azərbaycandakı prezident seçkiləri ilə bağlı açıqlama verib. O bildirib ki, Azərbaycanda seçimlərdə xalqın istəyi əks olunub.
“Azərbaycan iqtisadi-siyasi baxımdan Qafqazın ulduzudur. Dünənki seçkilər şəffaf və demokratik səviyyədə keçdi. Bu münasibətlə İlham Əliyevi təbrik edirəm”-deyə TBMM millət vəkili qeyd edib.
Qeyd edək ki, bugün Türkiyənin Azərbaycandakı səfirliyində dünən keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı tədbir təşkil olunub. Modern.az xəbər verir ki, tədbirdə türkiyəli səfir İsmail Alper Coşkun, TBMM-dən gələn nümayəndə heyəti iştirak edib. Səfir seçkilərin demokratik və şəffaf keçirildiyini bildirib. “Bundan sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq telləri daha da möhkəm olacaq. Mən 9 oktyabr seçkilərində qələbə münasibəti ilə İlham Əliyevi təbrik edirəm”.
Namidə Bingöl