Modern.az

“Seçkinin nəticələri təsdiqlənəndən sonra əfv sərəncamı verilə bilər”

“Seçkinin nəticələri təsdiqlənəndən sonra əfv sərəncamı verilə bilər”

10 Oktyabr 2013, 17:00

“Seçki prosesinə görə əfvlə bağlı məsələlər təxirə düşmüşdü. Seçkilərin nəticələri dəqiq bilinəndən sonra, ölkə başçısı yəqin ki, əfv sərəncamı verəcək”.

Bu sözləri Modern.az saytına açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O qeyd edib ki, Qurban bayramı ərəfəsində əfv ola bilər.

“Qurban bayramında olmasa da, dekabra qədər bu məsələ həllini tapacaq. Biz prezidentə təqdim etdiyimiz siyahıda Fərhad Əliyev, Rafiq Əliyev, Əli İnsanov, məhkəmələri bitməyən “Nida”çılar, İlqar Məmmədov, Tofiq Yaqublunun da adını salmışıq. Humanist addım prezidentin əlindədir. Biz onların hamısının azad ediləcəyini gözləyirik”-deyə N.Cəfəroğlu bildirib.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat