Modern.az

Keçmiş müavini İqbal Ağazadəyə cavab verdi: “Nə fərqi var ki, biz əməkdaşıq?”

Keçmiş müavini İqbal Ağazadəyə cavab verdi: “Nə fərqi var ki, biz əməkdaşıq?”

Təhsil

10 Oktyabr 2013, 17:33


Xəbər verdiyimiz kimi, Ümid Partiyasının sədr müavinləri Aynur İmranova və Ruslan İzzətli bu gün partiya sıralarından istefa veriblər.
Onlar bu addımı Ümid Partiyasının sədri İqbal Ağazadənin dünənki prezident seçkilərinin nəticələrini tanımağına etiraz əlaməti olaraq atıblar.
İqbal Ağazadə isə istefalarla bağlı “Qafqazinfo”ya açıqlamasında deyib ki, onların hər ikisi müavinlər deyil, sıravi üzvlər olub.
Partiya sədrinin fikirlərinə münasibət bildirən Aynur İmranova Modern.az-a açıqlamasında deyib:

“Düz deyir, qurultaydan sonra bizim yendən müavin kimi təyinatlarımız verilməmişdi. Yəni Ümid Partiyası 2 aydır müavinsiz və Rəyasət Heyəti olmadan çalışır. Amma necə çalışdıq, hamı gördü, özümüzlə fəxr edirəm. Nə fərqi var ki, biz əməkdaşıq, hər yerdə yetərincə əmək verərik. Buna qədər 3 il idi ki, müavin postunda çalışmışam. Hazırda müavin olmamağım fəaliyyətimi kiçiltmir. Müavin olmadan partiyadan getməyimiz bizim çəkimizi azaldırmı? Bu açıqlamanı gözləyirdim. Uğurlar arzulayıram İqbal bəyə!”.

Vüqar İsmayılov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat