Modern.az

“El”in yeni hədəfləri – AXCP-Müsavatı sıradan çıxarmaq

“El”in yeni hədəfləri – AXCP-Müsavatı sıradan çıxarmaq

Təhsil

10 Oktyabr 2013, 17:54


Milli Şuranın məğlubiyyət şokundan ayılmadığı bir vaxtda birliyin əsas təsisçilərindən olan “El” hərəkatı yeni hədəflərini açıqlayıb. “El”in Ali Məclisinin sədri Eldəniz Quliyevin hərəkatın bundan sonra daha da güclənəcəyini deyib.

Onun sözlərinə görə, “El” Milli Şurada təmsil olunduğundan var gücü ilə formalaşa bilmirdi.  

 ““El” hərəkatı bundan sonra da fəaliyyətini dayandırmayacaq. Görüləsi işlərimiz çoxdur. İndiyə kimi bizim işimizə mane olan hər şeydən uzaq duraraq, fəaliyyətimizi yeni səpkidə davam etdirəcəyik. “El”in formalaşması Milli Şura ilə bağlı bir qədər ləngidi. Bizi bütün gücümüzü Milli Şurada verdiyimizdən “El” bir qədər geridə qalmışdı. Bundan sonra “El”i daha da güclü edəcəyik”. 

E.Quliyevin sözlərinə görə,  seçkilərdən sonra xeyli sayda müxalifətçi “El”ə qoşulmaq üçün müraciət edib. “El” rəsmisi onların kimliyinin açıqlanmasını etik hesab etməyib.  

Anar RÜSTƏMOV  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat