Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələrin görüşü hələ planlaşdırılmayıb.
Modern.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Ermənistan Xarici İşlər Nazirliyindən bildiriblər.
Ötən ilin sonunda rəsmi İrəvan bəyan etmişdi ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ilə bağlı ən azı əvvəlki razılaşmalar baxımından yaxşı xəbərlər ola bilər.
Xüsusi elçilər Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.