Modern.az

Sərdar Cəlaloğlu seçki bəyanatı yaydı, məğlubiyyətini etiraf etdi

Sərdar Cəlaloğlu seçki bəyanatı yaydı, məğlubiyyətini etiraf etdi

Təhsil

10 Oktyabr 2013, 18:34

Azərbaycan Demokrat Partiyasının prezidentliyə namiəzdi Sərdar Cəlaloğlunun Seçki Qərargahı bəyanat yayıb. Modern.az-ın məlumatına görə, bəyanatda bildirilib:

- Azərbaycan Demokrat Partiyasının Seçki Qərargahı bildirir ki, 9 oktyabr 2013-cü il prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilməyib. Azərbaycan Demokrat Partiyası Seçki Qərargahı seçki resurslarının məhdudluğuna görə öz namizədinin bu seçkilərdə məğlub olduğunu qəbul edir. Azərbaycan Demokrat Partiyası ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə qaldırılmasının vacibliyini, demokratiyaya yumşaq keçidin tərəfdarı olduğunu bir daha vurğulayır, İlham Əliyevin yeni prezidentlik dönəminin dövlətimizə və xalqımıza xeyirli olmasını arzu edir, iqtidarı ölkə daxili sabitliyin qorunması, ölkənin demokratiyaya tədrici keçidi, ölkədəki problemlərin həlli istiqamətində demokratik islahatların aparılmasına çağırır və bu istiqamətdə konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha bildirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat