Modern.az

ATƏT sədri seçkilərlə bağlı bəyanat verdi

ATƏT sədri seçkilərlə bağlı bəyanat verdi

Təhsil

11 Oktyabr 2013, 10:07


ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycanı prezident seçkilərinin demokratik keçirilməsi münasibətilə təbrik edib. Bu barədə Trend Ukrayna XİN-in saytına istinadən məlumat verir.

Leonid Kojaranın bildirdiyinə görə, beynəlxalq müşahidəçilər belə qənaətə gəliblər ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsi ATƏT və Avropa Şurası çərçivəsində bir sıra sahələr üzrə öhdəliklərə, həmçinin beynəlxalq standartlar çərçivəsində demokratik seçkilər üzrə uyğunluğun əldə edilməsində irəliləyiş nümayiş etdirilib.

Leonid Kojara Azərbaycan xalqını və rəhbərliyini ölkənin demokratik inkişafında irəliyə doğru mühüm addım olan bu nailiyyətə görə təbrik edib, həmçinin əmin olduğunu bildirib ki, Azərbaycan öz demokratik təsisatlarını daha da möhkəmləndirməsi üçün səylərini davam etdirəcək.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?