Modern.az

Təyyarə qəzaya uğradı - 2 nəfər öldü 

Təyyarə qəzaya uğradı - 2 nəfər öldü 

Dünya

3 Mart 2024, 08:44

İtaliyanın Viterbo şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, Romadakı Fiano Romano bölgəsindən havaya qalxan təyyarə Veyanodakı aerodromdan təxminən bir kilometr aralıda yerə çırpılaraq alovlanıb. Qəza nəticəsində pilot və sərnişin həlak olub.

 

İlkin ehtimala görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə