İstanbul şəhərinin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən bələdiyyə sədri Ekrem İmamoğlu onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bənzədənlərə cavab verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu özü ilə Ərdoğanın daban-dabana zidd olduğunu vurğulayıb.
İmamoğluna "ikinci Ərdoğan" deyənlərin olması ilə bağlı jurnalistin sualına İstanbul meri belə cavab verib:
"Daban-dabana zidd bir durumdur. Çox da uyğun olduğumuzu düşünmürəm. "İkinci Ərdoğan" deyərək nəyi nəzərdə tutduqlarını bilmirəm. Buna cavab verməyi də çox doğru saymıram".
İYİ Partiya sədri Meral Akşenerlə münasibətləri barədə sualı da cavabsız qoymayan İmamoğlu söyləyib: "Onunla münasibətlərimiz Akşenerin buraxdığı yerdə durur. Sadəcə izləyirəm".