Latviya Belarusla sərhəddə miqrantların sayının artdığını açıqlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sərhəd Mühafizəsinin rəisi Quntis Pujats məlumat verib:
"Son bir neçə gün pozuntuların sayının yenidən artdığını göstərir".
Onun sözlərinə görə, martın ilk günlərində fevraldakı 75 hadisə ilə müqayisədə artıq 46 qanunsuz sərhədi keçməyə cəhd olub. Pujats bunu isti havaların qayıtması ilə əlaqələndirir.
Keçən il Latviya Aİ-nin Belarusla sərhədini qanunsuz keçməyə cəhd edən 13 000-dən çox, 2022-ci ildə isə 5 300 nəfəri dayandırdığını bildirib.