Modern.az

Bakıda azyaşlı qız evdə yanaraq öldü

Bakıda azyaşlı qız evdə yanaraq öldü

Təhsil

11 Oktyabr 2013, 16:14
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin övladları 2007-ci il təvəllüdlü Nərgiz Pərviz qızı Bəşirova və 2011-ci il təvəllüdlü Murad Pərviz oğlu Bəşirov yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. N.Bəşirova xəstəxanaya aparılan zaman yolda vəfat edib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?