Modern.az

Türkiyənin məşhur teleaparıcısı Azərbaycanla bağlı məqalə yazıb

Türkiyənin məşhur teleaparıcısı Azərbaycanla bağlı məqalə yazıb

Təhsil

11 Oktyabr 2013, 17:43


Bu il sentyabrın sonlarında Türkiyənin “Samanyolu” telekanalında Azərbaycanla bağlı 2 saatlıq veriliş nümayiş etdirildi.

Həmin verilişin müəllifi “Samanyolu” TV-yə məxsus “Ayna” proqramının aparıcısı Saim Orxandır. O, həmçinin “Todays Zaman” qəzetinin 11 oktyabr 2013-cü il tarixli sayında Azərbaycanla bağlı məqalə ilə çıxış edib.

Modern.az xəbər verir ki, məqalədə Türkiyənin Azərbaycanla yaxınlığı, ölkəmizin əhalisi, ərazisi və Bakı haqqında geniş məlumat verilib. Müəllif yazıda qeyd edib ki, 1996 və 2005-ci illərdə Bakıda olub və 2013-cü ildə növbəti dəfə Bakıya gələrkən Azərbaycanın baş şəhərinin daha sürətlə inkişafını müşahidə edib.

“Heydər Əliyev Mərkəzi, “Kristal Holl” və “Bakı Atəşgahı” daxil olmaqla burada çoxlu binalar tikilib. Paytaxtın həm gecəsi, həm də gündüzü çox gözəldir. Azərbaycanda həmçinin yanacaq ucuz olduğuna görə, baş şəhərdə çoxlu bahalı maşınlar da görmək mümkündür. Bakıda Avropa Olimpiya oyunları keçiriləcək.
Biz hər hansı bir binanın yuxarısına qalxıb şəhərin mənzərəsini çəkmək istəyəndə güclü küləklə rastlaşdıq. Buna görə də Bakı “Küləklər şəhəri” adlanır”-deyə yazıda bildirilib.

Eyni zamanda S.Orxan “Bayraq meydanı” haqqında da məlumat verib. O yazıb ki, bu bayraq hündürlüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Azərbaycan mətbəxinin təamlarından da dadan aparıcı İçərişəhərin qədimliyi, Dənizkənarı park və “Venesiya şəhərciyi” haqqında da yazıda söz açıb.

“Muğam Azərbaycanın qədim musiqisidir. Azərbaycanda beynəlxalq muğam festivalları keçirilir. Alim Qasımov və onun qızı Fərqanə Azərbaycan muğamını dünyada tanıdırlar. Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir”.

Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetinə gedən S.Orxan türk oxucusuna informasiyalar verib. O bununla yanaşı TANAP, Bakı-Tiflis-Ceyhan, Bakı -Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars layihələri haqqında da məlumat verib.

“1996-cı ildə Bakıya gələn zaman Heydər Əliyevdən səmimi bir müsahibə götürmüşdüm. Türk xalqı və Türkiyənin fəxri olan Heydər Əliyevin rəhbərliyi altında iki ölkə arasında münasibətlər daha da möhkəmlənib.

Hazırkı prezident İlham Əliyevin dövründə isə bu əlaqələr daha da inkişaf edir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?