Modern.az

Azərbaycan MDB-də pensiyaların artım dinamikasına görə 1-cidir - DSMF

Azərbaycan MDB-də pensiyaların artım dinamikasına görə 1-cidir - DSMF

11 Oktyabr 2013, 18:16


Azərbaycan Respublikasında həyata keçirilən pensiya islahatları nəticəsində pensiyalarının artırılması mexanizminin müasir əsaslarla yenidən qurulması, yəni pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.
Dövlət Sosial Müdafiə Fondundan Modern.az-a bildirilib ki, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 7 sərəncam verilib. Sonuncu belə sərəncamla pensiyasının baza hissəsi cari ilin sentyabr ayının 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Beləliklə, sentyabr ayının 1-dən Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edib ki, bu da MDB məkanında 3-cü (Qazaxıstan (185 ABŞ dolları) və Belarusdan (129 ABŞ dolları) sonra) göstəricidir (Bu məbləğ Rusiyada 109,3 ABŞ dolları, Ukraynada 111,8 dollar təşkil edir).

 2003-cü ilin əvvəli ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata (217 ABŞ dolları), minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata (128 ABŞ dolları), yaşa görə pensiyalar (orta aylıq məbləğ 190 manat və ya 243 ABŞ dolları)  üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılıb.

”Bu artım dinamikası, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti  içərisində ən yuxarı artımdır və bu artım dinamikası üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır”-deyə DSMF-dən bildirilib.

Modern.az
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat