Modern.az

Azərbaycan Şimali İrlandiyanı məğlub edib rekorda imza atdı

Azərbaycan Şimali İrlandiyanı məğlub edib rekorda imza atdı

11 Oktyabr 2013, 22:58

Millimiz secm? m?rh?l?d? ilk q?l?b?sini qazand?

Oktyabrın 11-də futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Modern.az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 9-cu matçına çıxıb.
200-cü yubley oyununda Şimali İrlandiyanı qəbul edən Azərbaycan millisi 2-0 hesabı ilə qələbə qazanıb. Komandamıza heyətində 58-ci dəqiqədə Rüfət Dadaşov və 90 dəqiqədə Mahir Şükürov fərqlənib. Bununla da seçmə mərhələdə millimiz ilk qələbəsini qazanıb.
Beləliklə, komandamız yeni rekorda imza atdı. Belə ki, indiyə qədər seçmə mərhələlər tarixində 7 xaldan çox qazana bilməmişdiksə, bu oyunda qələbə qazanmaqla seçmə mərhələlər tarixində 8-ci xalımızı qazanmış olduq.

             
1. Rusiya 8 6 0 2 17
2. Portuqaliya 8 5 2 1 15
3. İsrail 8 3 3 2 12
4. Azərbaycan 9 1 5 3 8
5. Şimali İrlandiya 9 1 3 5 6
6. Lüksemburq 8 1 3 4 6

Abbas Qəmli

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat