Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a bildirilib ki, oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1580474-ə çatıb. Bundan 1561399-u əhali, 19075-i isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 684154-ü Bakı şəhəri (674291 əhali, 9863 qeyri-əhali abonenti), 896320-i isə regionların (887108 əhali, 9212 qeyri-əhali abonenti) payına düşür.
1 oktyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali kateqoriyasına aid abonentlərinin mənzillərində 793383 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.
Xatırladaq ki, 2013-cü ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil etmişdi.